Eltac Səfərli Fransada oynayacaq

Xəbərlər
18 Oktyabr 2024 14:18
237
Eltac Səfərli Fransada oynayacaq

Azərbaycan şahmatçısı Eltac Səfərli Fransada keçiriləcək turnirdə çıxış edəcək.

İdman.biz xəbər verir ki, sabah Annemasse şəhərində “Masters”in də yer alacağı festival başlayır.

Burada 118 oyunçu, o cümlədən 16 qrossmeyster iştirak edəcək. Turnir İsveçrə sistemi üzrə doqquz turdan ibarət olacaq.

Səfərli iştirakçılar arasında reytinq üzrə üçüncüdür.

İdman.biz

Məqalədə: