Azərbaycan şahmatçıları Qazaxıstanda ilk "onluq"dan kənarda qalıblar

Xəbərlər
19 Oktyabr 2024 11:11
49
Azərbaycan şahmatçıları Qazaxıstanda ilk "onluq"dan kənarda qalıblar

Qazaxıstanda şahmat üzrə “Pavlodar Open” turniri davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçıları 7-ci turda fərqli nəticələr göstəriblər.

Misrəddin İsgəndərov yerli şahmatçı Denis Maxnevlə heç-heçə edib, Vüqar Rəsulov isə Qazaxıstanın digər təmsilçisi Azamat Uteqaliyevə uduzub.

İsgəndərov 5 xal toplayaraq 13-cü, Rəsulov isə ondan 1 xal geri qalaraq 29-cu yerdədir.

İdman.biz

Məqalədə: