"Vüqar Həşimov" klubundan növbəti qələbə

Xəbərlər
21 Oktyabr 2024 23:28
241
"Vüqar Həşimov" klubundan növbəti qələbə

Serbiyanın Vranyatske-Bane şəhərində keçirilən şahmat üzrə Avropa Kubokunda 2-ci turun oyunları baş tutub.

"Report" xəbər verir ki, Azərbaycanın "Vüqar Həşimov" klubu İsveçin “Lunds” komandası ilə qarşılaşıb.

3,5:2,5 hesabı ilə üstün olan şahmatçılarımız ikinci oyunu da uğurla başa vurublar. Təmsilçilərimiz 4 xalla 9-cu pillədə qərarlaşıblar.

"Vüqar Həşimov" klubu ilk turda Norveçin SOSS klubunu məğlub edib (5,5:0,5 ). Komandamız sabah "SuperChess"lə qarşılaşacaq.

Qeyd edək ki, ümumilikdə 84 klubun yarışdığı Avropa Kubokunda 7 tur oynanılacaq. Komandamızın heyətində Rauf Məmmədov, Aydın Süleymanlı, Vüqar Əsədli, Əhməd Əhmədzadə, Vüqar Manafov, Ülvi Sadıxov və Read Səmədov çıxış edir.

İdman.biz