Azərbaycan şahmatçısı Qazaxıstanda ilk “16-lıq”da yer alıb

Xəbərlər
22 Oktyabr 2024 10:55
115
Azərbaycan şahmatçısı Qazaxıstanda ilk “16-lıq”da yer alıb

Qazaxıstanda “Pavlodar Open” şahmat festivalı başa çatıb.

İdman.biz xəbər verir ki, festival çərçivəsində keçirilən “Masters” turnirində azərbaycanlı şahmatçılar da iştirak edib.

Ən yaxşı nəticəni Misrəddin İskəndərov göstərib. O, 10 turda 6,5 xal toplayaraq 16-cı yerdə qərarlaşıb. Yalnız əlavə əmsallara görə İskəndərov ilk “onluq”dan kənar qalıb.

Turniri 40-cı yerdə başa vuran Vüqar Rəsulov ondan 1,5 xal geri qalıb.

Festivalda 19 ölkədən ümumilikdə 95 şahmatçı mübarizə aparıb.

İdman.biz

Məqalədə: