“Vüqar Həşimov” Qukeşin komandasına qarşı

Xəbərlər
22 Oktyabr 2024 11:32
88
“Vüqar Həşimov” Qukeşin komandasına qarşı

Serbiyanın Vranyatske-Bane şəhərində şahmat üzrə Avropa kuboku davam edir.

İdman.biz xəbər verir ki, turnirdə Azərbaycanın “Vüqar Həşimov” klubu da iştirak edir.

Komandamızın heyətində Rauf Məmmədov, Aydın Süleymanlı, Vüqar Əsədli, Əhməd Əhmədzadə, Vüqar Manafov, Ülvi Sadıxov və Riad Səmədov çıxış edir. Kapitan Sərxan Həşimovdur.

İki qələbə qazanan klubumuz üçüncü turda turnirin reytinq favoriti “Super Chess”lə qarşılaşacaq. Komandanın birinci lövhəsində dünya tacına iddiaçı, Olimpiya çempionu Dommaracu Qukeş çıxış edir.

Heyətlər daha sonra açıqlanacaq.

İdman.biz

Məqalədə: