“Vüqar Həşimov” klubu 3-cü görüşünü keçirib

Xəbərlər
22 Oktyabr 2024 22:36
37
“Vüqar Həşimov” klubu 3-cü görüşünü keçirib

“Vüqar Həşimov” klubu Serbiyanın Vranyatske-Bane şəhərində şahmat üzrə Avropa kubokunda 3-cü oyununu keçirib.

İdman.biz xəbər verir ki, təmsilçimiz üçüncü turda turnirin reytinq favoriti “Super Chess”lə qarşılaşıb.

Komandamız güclü rəqiblə görüşdə 1:5 hesabı ilə uduzub. Rauf Məmmədov və Əhməd Əhmədzadə heç-heçə etsə də, digər şahmatçılarımız məğlub olublar.

Qeyd edək ki, “Vüqar Həşimov” 3 turdan sonra 4 xal toplayıb.

İdman.biz