“Vüqar Həşimov” klubu Serbiyanın Vranyatske-Ban şəhərində şahmat üzrə Avropa kubokunda 6-cı matçını keçirib.
İdman.biz xəbər verir ki, Azərbaycan təmsilçisi “Baeqan Pendik Sport”la qarşılaşıb.
Görüş Türkiyə komandasının 4,5:1,5 hesablı qələbəsi ilə yekunlaşıb. Rəqibin heyətində çıxış edən azərbacanlı şahmatçılardan Şəhriyar Məmmədyarov Vüqar Əsədliyə, Nicat Abasov isə Riad Səmədova qalib gəlib. Teymur Rəcəbov Aydın Süleymanlı ilə xalları yarıya bölüb. “Vüqar Həşimov” klubunun heyətində Rauf Məmmədovla Əhməd Əhmədzadə də turu heç-heçə ilə başa vurub. Vüqar Manafovun istirahət etdiyi turda Ülvi Sadıxov məğlubiyyət acısı yaşayıb.
Qeyd edək ki, 6 turdan sonra “Vüqar Həşimov” 8 xalla 17-ci pillədə qərarlaşıb.
İdman.biz