Dünya kubokuna 20 vəsiqənin sahibi Avropa çempionatında bəlli olacaq

Xəbərlər
29 Oktyabr 2024 14:42
52
Dünya kubokuna 20 vəsiqənin sahibi Avropa çempionatında bəlli olacaq

Şahmat üzrə Avropa çempionatında Dünya kubokuna vəsiqə qazanmağın qaydaları açıqlanıb.

İdman.biz xəbər verir ki, noyabrın 8-19-da Petrovaçda (Monteneqro) keçiriləcək yarışda ilk 20 yeri tutacaq zəka sahibləri bu hüquqa yiyələnəcəklər.

Monteneqroda qitə çempionatında 150 şahmatçı çıxış edəcək və reytinq favoriti sloveniyalı Vladimir Fedoseyevdir. Ən yüksək reytinqli azərbaycanlı qrossmeyster isə bu göstəricidə 22-ci olan Rauf Məmmədovdur.

Avropa çempionatında, həmçinin Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Vasif Durarbəyli, Əhməd Əhmədzadə, Misrətdin İsgəndərov, Riad Səmədov, Namiq Quliyev, Xəzər Babazadə, Vüqar Manafov, Xaqan Əhməd, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Şiroğlan Talıbov, Orxan Abdulov, Allahverdi Həmidov, Şahin Vəliyev, Ümid Aslanov, Elcan Əbdülkərimli, Orxan Bağırov və Kamran Vəlizadə çıxış edəcəklər.

İdman.biz

Məqalədə: