Səfərli Bavariyada liderlər arasındadır

Xəbərlər
30 Oktyabr 2024 11:45
32
Səfərli Bavariyada liderlər arasındadır

Azərbaycan şahmatçısı Eltac Səfərli 26-cı Bavariya Açıq Çempionatında iştirak edir.

İdman.biz xəbər verir ki, yarış Gmund am Tegernsee şəhərciyində keçirilir.

Turnirin ilk 4 turunda 4 qələbə qazanan qrossmeysterimiz liderlər qrupunda yer alıb.

Qeyd edək ki, yarışda ümumilikdə 30 ölkədən 150 şahmatçı iştirak edir.

İdman.biz

Məqalədə: