Səfərli Bavariyada liderliyini davam etdirir

Xəbərlər
31 Oktyabr 2024 09:14
54
Səfərli Bavariyada liderliyini davam etdirir

Azərbaycan şahmatçısı Eltac Səfərli 26-cı Açıq Bavariya Çempionatında çıxışını davam etdirir.

İdman.biz xəbər verir ki, qrossmeysterimiz V turda Titas Stremanoviçusla (Litva) heç-heçə edib.

O, 4,5 xal toplayaraq qrup liderliyini qoruyub.

Qeyd edək ki, Almaniyada təşkil edilmiş yarışda ümumilikdə 30 ölkədən 150 şahmatçı mübarizəyə qoşulub.

İdman.biz

Məqalədə: