Şahmat üzrə Avropa çempionatı start götürür

Xəbərlər
8 Noyabr 2024 10:59
149
Şahmat üzrə Avropa çempionatı start götürür

Bu gün Monteneqronun Petrovaç şəhərində şahmat üzrə Avropa çempionatı start götürür.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycanı 22 şahmatçı təmsil edəcək.

Çempionatda Rauf Məmmədov, Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Vasif Durarbəyli, Əhməd Əhmədzadə, Misrətdin İsgəndərov, Riad Səmədov, Namiq Quliyev, Xəzər Babazadə, Vüqar Manafov, Xaqan Əhməd, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Şiroğlan Talıbov, Orxan Abdulov, Allahverdi Həmidov, Şahin Vəliyev, Ümid Aslanov, Elcan Əbdülkərimli, Orxan Bağırov və Kamran Vəlizadə mübarizə aparacaq.

Yarışda ümumilikdə 395 şahmatçı, o cümlədən 125 qrossmeyster iştirak edəcək. Avropa çempionatının nəticələrinə əsasən, dünya çempionatına 20 vəsiqənin sahibi də bəlli olacaq.

İdman.biz

Məqalədə: