Şahmat Tacı uğrunda Dinq Liren - Dommaracu Qukeş mübarizəsində 4-cü partiya başa çatıb.
İdman.biz xəbər verir ki, Sinqapurda keçirilən matçda Çin şahmatçısı ağ fiqurlarla oynayıb.
Rəqiblər 42-ci gedişdə heç-heçəyə razılaşıblar. Bu qarşılaşmadan sonra matçdakı tarazlıq pozulmayıb – 2:2.
Qeyd edək ki, 5-ci partiya sabah oynanılacaq.
İdman.biz