Şahmatçılarımızın nəticələri qeyri-qənaətbəxş hesab edilib - FOTO

Xəbərlər
30 Noyabr 2024 13:32
107
Şahmatçılarımızın nəticələri qeyri-qənaətbəxş hesab edilib - FOTO

Azərbaycan Şahmat Federasiyasında (AŞF) İcraiyyə Komitəsinin 2024-cü ildə son iclası keçirilib.

İdman.biz xəbər verir ki, AŞF tərəfindən hazırlanan şahmatçıların etik davranış qaydaları müzakirə edilərək qəbul edilib.

Qısa zamanda dərc olunacaq etik davranış qaydaları şahmatçıların diqqətinə çatdırılacaq.

İclasda o cümlədən milli komandaların formalaşdırılması prinsipləri, milli üzvlərinə və istedadlı şahmatçılara dəstək proqramının şərtləri, təqaüdlə bağlı meyarlar müzakirə edilərək təsdiq edilib.

AŞF-nin Məşqçilər Komissiyasının 2024-cü il üçün hesabatı dinlənilib. Məşqçilər Komissiyasının sədri Anar Allahverdiyev il ərzində məşqçi-müəllimlər üçün 3 səviyyə üzrə 8 fərqli qrupda təşkil edilən seminarlar barədə geniş məlumat verib.

Yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisi, Uşaq-Gənclər Komissiyasının rəhbəri Fərid Abbasov il ərzində təşkil edilən yarışlar, uşaq və gənclərin hazırlıq prosesi, AŞF-nin nəzdində fəaliyyət göstərən Şahmat Akademiyasında dərslərin gedişatı barədə danışıb. Federasiya tərəfindən 2024-cü ildə uşaq və gənclərin dünya o cümlədən Avropa çempionatındakı nəticələri qeyri-qənaətbəxş hesab edilib, növbəti il üçün komissiyaya inkişafla bağlı təkliflərin hazırlanması tapşırılıb.

Sonda 2025-ci ildə keçiriləcək yarışların təşkilatı işləriylə bağlı tapşırıqlar verilib.

İdman.biz

Məqalədə: