FİDE şahmatçıların dekabr ayı üçün dünya reytinqini dərc edib.
İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir.
Bir pillə geriləyən qrossmeysterimiz 2738 xalla 16-cı pillədə qərarlaşıb. Teymur Rəcəbov (2698) möveqyini qoruyub, o yenə 33-cüdür. 13 pillə irəliləyən Rauf Məmmədov (2656) 69-cu pilləyə yüksəlib.
Cədvələ 2831 xalla norveçli Maqnus Karlsen başçılıq edir.
Qadınların cədvəlində təmsilçilərimizdən ən yaxşı göstəriciyə Günay Məmmədzadə imza atıb. Üç rəqibini qabaqalayan şahmatçı 2421 xalla 36-cı yerdədir. Bir pillə irəliləyən Gövhər Beydullayeva (2404) 43-cü yerə yüksəlib, Ülviyyə Fətəliyevanın (2381) isə 67-ci pillədəki mövqeyi dəyişməyib. Xanım Balacayeva (2362) 4 pillə geriləyərək 83-cü olub.
Qadınların reytinq cədvəlinə çinli Yufan Hu başçılıq edir – 2633 xal.
İdman.biz