İngiltərənin paytaxtında azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun iştirakı ilə "London Chess Classic" şahmat turniri davam edir.
İdman.biz xəbər verir ki, o, 3-cü turda ilk qələbəsini qazanıb.
Qrossmeysterimiz qadınlar arasında dünya çempionu Cu Vencuna (Çin) qalib gəlib.
2 xal toplayan Məmmədyarov lider Geveyn Consdan (İngiltərə) yarım xal geri qalaraq 3-cü pilləyə yüksəlib.
İdman.biz