Dörd şahmatçımız Avropa çempionatında

Xəbərlər
5 Dekabr 2024 16:57
78
Dörd şahmatçımız Avropa çempionatında

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək rapid və blits üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan şahmatçıları bəlli olub.

İdman.biz xəbər verir ki, sabah start götürəcək yarışda millimizi dörd zəka sahibi təmsil edəcək.

Mükafatlar uğrunda Eltac Səfərli, Rauf Məmmədov, Namiq Quliyev və Məhəmməd Muradlı mübarizə aparacaqlar.

Qeyd edək ki, yarışa dekabrın 11-də yekun vurulacaq.

İdman.biz