Dinq Liren - Qukeş Dommaraju: Ardıcıl 6-cı heç-heçə

Xəbərlər
5 Dekabr 2024 18:27
84
Dinq Liren - Qukeş Dommaraju: Ardıcıl 6-cı heç-heçə

Sinqapurda şahmat üzrə 2024-cü il dünya çempionu titulu uğrunda yarışda 9-cu tur keçirilib.

İdman.biz xəbər verir ki, planetin ən yaxşı şahmatçısı adı uğrunda hazırkı dünya çempionu Dinq Liren (Çin) və namizədlər turnirinin qalibi Qukeş Dommaraju (Hindistan) mübarizə aparır.

Rəqiblər növbəti dəfə xalları yarıya bölüblər. Partiyanın 54-cü gedişində zəka sahibləri heç-heçəyə razılaşıblar. Bu, şahmatçıların ardıcıl 6-cı heç-heçəsi olub.

Qeyd edək ki, qarşılaşmada ümumi hesab bərabərdir - 4,5:4,5.

İdman.biz