Dohada Azərbaycan şahmatçılarının iştirakı ilə “Qatar Masters” beynəlxalq turniri davam edir.
İdman.biz xəbər verir ki, 3-cü turda Xaqan Əhməd Vladislav Artemyevə (FIDE) məğlub olub, Xanım Balacayeva Manuel Petrosyanla (Ermənistan), Günay Məmmədzadə isə Raut Vaibhavla (Hindistan) sülh bağlayıb.
Qeyd edək ki, Balacayevanın 1,5 xalı var və ilk 50-liyə daxildir. İlk yüzlükdən kənar qalan Əhməd və Məmmədzadə ondan yarım xal az toplayıblar.
İdman.biz