Eltac Səfərli Avropa çempionatında 4-cü olub - Rapiddə

Xəbərlər
8 Dekabr 2024 22:17
79
Eltac Səfərli Avropa çempionatında 4-cü olub - Rapiddə

Şimali Makedoniyanın Skopye şəhərində şahmatın rapid və blits üzrə Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, bu gün rapiddə mübarizəyə yekun vurulub.

11 turdan ibarət yarış sloveniyalı Vladimir Fedoseyevin qələbəsi ilə yekunlaşıb. O, 9,5 xal toplayıb. Liderən 1 xal geri qalan Eltac Səfərli çempionatı 4-cü pillədə başa vurub. 8,5 xal toplayan daha bir şahmatçımız Məhəmməd Muradlı 11-ci yeri tutub.

8 xala malik Namiq Quliyev 23-cü, 7,5 xala sahib Rauf Məmmədov isə 44-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, növbəti iki gündə şahmatçılar blits növündə yarışacaqlar.

İdman.biz