Azərbaycanlı şahmatçının Dohada ikinci qələbəsi

Xəbərlər
10 Dekabr 2024 09:26
112
Azərbaycanlı şahmatçının Dohada ikinci qələbəsi

Azərbaycan şahmatçısı Xaqan Əhməd Dohada keçirilən "Qatar Masters" turnirində ikinci qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, o, VI turda Kunala (Hindistan) qalib gəlib.

3,5 xal toplayan Əhməd 54-cü pilləyə yüksəlib.

Günay Məmmədzadə Anto Manişlə (Hindistan) heç-heçə edib, Xanım Balacayeva isə Məhəmmədzohid Suyarova (Özbəkistan) uduzub. Məmmədzadənin hesabında 3 xal var və 86-cı pillədə qərarlaşıb. Balacayeva isə ondan yarım xal az toplayıb (87-ci yer).

İdman.biz

Məqalədə: