"Skopje Open" turnirinin reytinq favoriti - Səfərli

Xəbərlər
10 Dekabr 2024 14:09
135
"Skopje Open" turnirinin reytinq favoriti - Səfərli

Sabah Şimali Makedoniyanın paytaxtında Skopyedə "Skopje Open" beynəlxalq şahmat turniri start götürəcək.

İdman.biz xəbər verir ki, yarışda "bir nömrə" azərbaycanlı qrossmeyster Eltac Səfərlidir.

O, 82 iştirakçının qatılacağı turnirin reytinq favoriti olacaq.

Səfərli hazırda Skopyedə sürətli şahmat üzrə Avropa çempionatında mübarizə aparır. O, rapiddə 4-cü, blitsdə 9-cu olub və bu gün Avropa çempionatı çərçivəsində Fişer şahmatı yarışında da qüvvəsini sınayacaq.

İdman.biz