Azərbaycan şahmatçısı Xaqan Əhməd Dohada keçirilən Qatar Masters turnirində "Top 50"nin astanasındadır.
İdman.biz xəbər verir ki, gənc beynəlxalq usta VII turda Medina Qalavizlə (Meksika) heç-heçə oynayıb.
Əhməd 4 xal toplayıb və yalnız əlavə göstəricilərə görə, 31-ci yerdə olan şahmatçıdan geri qalaraq 57-ci pillədə qərarlaşıb.
Günay Məmmədzadə ondan bir xal geri qalaraq 86-cı yerdə, Xanım Balacayeva isə 2,5 xalla ilk yüzlükdən kənardadır.
İdman.biz