Eltacdan uğurlu start

Xəbərlər
12 Dekabr 2024 01:16
131
Eltacdan uğurlu start

Şimali Makedoniyada "Skopje Open-2024" şahmat turniri start götürüb.

İdman.biz xəbər verir ki, yarış Azərbaycan şahmatçısı Eltac Səfərli üçün uğurlu başlayıb.

Beynəlxalq turnirin reytinq lideri olan Eltac 1-ci turda Draqomir Vrelyanskiyə (Serbiya) qalib gəlib. Qrossmeysterimiz bu gün növbəti oyunda Aleksander Reprintsevlə (Ukrayna) qarşılaşacaq.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarətdir.

İdman.biz