Məmmədzadə "Qatar Masters"in növbəti turunda qələbə qazanıb

Xəbərlər
12 Dekabr 2024 11:17
119
Məmmədzadə "Qatar Masters"in növbəti turunda qələbə qazanıb

Dohada keçirilən “Qatar Masters” beynəlxalq şahmat turniri başa çatmaq üzrədir.

İdman.biz xəbər verir ki, səkkizinci turda azərbaycanlı beynəlxalq usta Haqan Əhməd Bharat Subramaniyə (Hindistan) uduzub.

Məğlubiyyət onu "Top 50"dən kənarlaşdırıb. Əhmədin və Hüseyn Nicat (Qətər) üzərində qələbə qazanan Günay Məmmədzadənin hərəyə dörd xalı var. Bu, qadın şahmatçımıza turnirdəki mövqeyini bir qədər yaxşılaşdırmağa imkan verib.

Xanım Balacayeva Munzul Turmuxa (Monqolustan) məğlub olub və hələlik cəmi 2,5 xal toplayıb.

İdman.biz

Məqalədə: