Qukeş dünya çempionu olub - tacın ən gənc sahibi - VİDEO

Xəbərlər
12 Dekabr 2024 17:25
205
Qukeş dünya çempionu olub - tacın ən gənc sahibi - VİDEO

18 yaşlı hindistanlı qrossmeyster Dommaracu Qukeş şahmat üzrə dünya çempionu olub.

İdman.biz xəbər verir ki, şahmat tacı uğrunda mübarizədə o, 17-ci dünya çempionu çinli Dinq Lirenə 7,5:6,5 hesabı ilə qalib gəlib.

Sinqapurda keçirilən qarşılaşmanın həlledici görüşündə hindistanlı qara fiqurlarla oynayıb və 58-ci gedişdə qalib gəlib. Qukeş Vişvanatan Ananddan sonra şahmat üzrə ikinci hindistanlı dünya çempionu olub.

Qeyd edək ki, Dommaracu Qukeş 18-ci dünya çempionudur. Bundan əlavə, o, şahmat tarixinə ən gənc dünya çempionu kimi düşüb.

İdman.biz

Məqalədə: