Şahmatda 100 ildə görünməyən səhv: Lirendən Qukeşə hədiyyə - FOTO

Xəbərlər
12 Dekabr 2024 19:03
61
Şahmatda 100 ildə görünməyən səhv: Lirendən Qukeşə hədiyyə - FOTO

Sinqapurda keçirilən Dünya Şahmat Tacı uğrunda mübarizənin son partiyasında 100 ildə rast gəlinməyən hadisə baş verib.

İdman.biz xəbər verir ki, hesab 6,5:6,5 olan oyunda hazırki dünya çempionu Dinq Liren ağ fiqurlarla tarixi səhvə yol verib.

Sona yaxın səhv gediş titulun taleyinə nəticəsiz ötüşməyib. Nəticədə 18 yaşlı hindistanlı qrossmeyster Dommaracu Qukeş üstünlüyü ələ keçirib və rəqibini mat edib. Bu qələbə Qukeşə 7,5:6,5 hesabı ilə qələbə qazandırıb.

Keçmiş dünya çempionu Vladimir Kramnik çinli şahmatçının uşaq səhvinə yol verdiyini bildirib: "Şərhsiz. Çox üzücüdür. Bu, bildiyimiz şahmatın sonudur. Əvvəllər dünya çempionu heç vaxt belə uşaq səhvi nəticəsində bəlli olmamışdı".

Qeyd edək ki, 18-ci dünya çempionu Dommaracu Qukeş bu ünvana sahib olan ən gənc şahmatçı olub.

İdman.biz