Azərbaycan şahmatçısı Xaqan Əhməd Dohada keçirilən "Qatar Masters" turnirində çıxışını qələbə ilə başa vurub.
İdman.biz xəbər verir ki, gənc beynəlxalq usta 9-cu turda Arseni Şturmana (FIDE) qalib gəlib.
O, beş xal toplayaraq 51-ci yerdə qərarlaşıb. Yalnız əlavə göstəricilərə görə Əhməd 35-50-ci yerləri tutan şahmatçılardan geri qalıb.
85-ci yerlə kifayyətlənən Günay Məmmədzadə ondan yarım xal az toplayıb. Xanım Balacayeva isə ilk "yüzlük"dən kənarda qalıb (2,5 xal).
Qeyd edək ki, 9 mümkün xaldan 7,5 xal toplayan Andrey Yesipenko (FIDE) turnirin qalibi olub.
İdman.biz