Sinqapurda keçirilən Dünya Şahmat Tacı uğrunda mübarizənin qalibi Dommaracu Qukeş olub.
İdman.biz xəbər verir ki, hindistanlı şahmatçı ən gənc dünya çempionu çempionu kimi tarixə düşüb.
Qukeş 18 yaşında bu uğura imza atıb. 1886-cı ildən keçirilən çempionluq matçının ən yaşlı qalibi Uilhelm Steynts olub. O, 50 yaşında həm də ilk dünya çempionu kimi tarixdə qalıb.
Qeyd edək ki, Qukeş 14 turun yekununda titulu qorumaq uğrunda yarışan Dinq Lirenə (Çin) qalib gəlib - 7,5:6,5.
Bütün dünya çempionları
1. Uilhelm Steynits (Avstriya) – 50 yaş (1886)
2. Emanuel Lasker (Almaniya) – 26 yaş (1894)
3. Xose Rail Kapablanka (Kuba) – 32 yaş (1921)
4. Aleksandr Alyoxin (Fransa) – 38 yaş (1927)
5. Maks Eyve (Niderland) – 34 yaş (1935)
6. Mixail Botvinnik (SSRİ) – 37 yaş (1948)
7. Vasili Smıslov (SSRİ) – 36 yaş (1957)
8. Mixail Tal (SSRİ) – 23 yaş (1960)
9. Tiqran Petrosyan (SSRİ) – 34 yaş (1963)
10. Boris Spasski (SSRİ) – 32 yaş (1969)
11. Bobbi Fişer (ABŞ) – 29 yaş (1972)
12. Anatoli Karpov (SSRİ) – 24 yaş (1975)
13. Harri Kasparov (SSRİ) – 22 yaş (1985)
14. Vladimir Kramnik (Rusiya) – 25 yaş (2000)
15. Visvanatan Anand (Hindistan) – 37 yaş (2007)
16. Maqnus Karlsen (Norveç) – 22 yaş (2013)
17. Dinq Liren (Çin) – 31 yaş (2023)
18. Qukeş Dommaracu (Hindistan) – 18 yaş (2024)
İdman.biz