Səfərlidən 1 qələbə və 1 heç-heçə

Xəbərlər
15 Dekabr 2024 22:14
95
Səfərlidən 1 qələbə və 1 heç-heçə

Azərbaycan şahmatçısı Eltac Səfərli Skopyedə (Şimali Makedoniya) keçirilən “Skopje Open” beynəlxalq turnirində bu gün 2-ci oyununu keçirib.

İdman.biz xəbər verir ki, qrosmeysterimiz 7-ci tur çərçivəsində Momçil Petkovla (Bolqarıstan) qarşılaşıb.

Görüş heç-heçə yekunlaşıb. Bu nəticədən sonra xalını 5,5-ə yüksəldən Eltac 2-ci pillədəki mövqeyini qoruyub. İlk pillələrdə qərarlaşan şahmatçılar eyni xala malikdirlər.

Qeyd edək ki, Eltac bu gün digər görüşdə almaniyalı Marius Fromma qalib gəlib.

İdman.biz