Dünya tacı: İddiaçılar turnirinə necə vəsiqə qazanmaq olar?

Xəbərlər
16 Dekabr 2024 15:09
123
Dünya tacı: İddiaçılar turnirinə necə vəsiqə qazanmaq olar?

Sinqapurda dünya tacı uğrunda görüşün yekunlaşması ilə yeni çempionluq dövrü başlayıb.

İdman.biz xəbər verir ki, əsas yenilik odur ki, dünya çempionluğu titulu uğrunda görüşdə uduzan şahmatçı İddiaçılar turnirində zəmanətli yer ala bilməyəcək.

Yəni Dommaracu Qukeşə (Hindistan) uduzan Dinq Liren (Çin) İddiaçılar yarışına ümumi əsaslarla seçiləcək. Təbii ki, onun karyerasını davam etdirməyə həvəsi olsa.

FIDE-nin təsnifat sxeminə etdiyi başqa dəyişikliklər də var. Beynəlxalq qurum Circuit reytinqində birinci yeri tutan şahmatçılara İddiaçılar turniri üçün iki yer ayrılacaq. Orada bütün mövsüm boyu əldə edilən nəticələrə uyğun xallar toplanır və 2024-cü və 2025-ci illərin ən yaxşı oyunçuları sözügedən yarışa qatılmaq imkanı qazanacaqlar.

Həmçinin, "Grand Swiss" yarışında iki vəsiqə və Dünya kubokunda üç vəsiqə oynanılacaq. Daha bir vəsiqə 2026-cı ilin əvvəlinə olan reytinqə əsasən, ən güclü qrossmeysterə qismət olacaq.

Qeyd edək ki, yeni çempionluq dövrünün İddiaçılar yarışı 2026-cı ilə planlaşdırılıb.

İdman.biz

Məqalədə: