Allahverdiyeva İspaniyada ilk "20-liy"ə yaxınlaşıb

Xəbərlər
17 Dekabr 2024 09:17
128
Allahverdiyeva İspaniyada ilk "20-liy"ə yaxınlaşıb

Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva Sitgesdə (İspaniya) keçirilən beynəlxalq turnirdə ilk 20-liyə düşməyə yaxındır.

İdman.biz xəbər verir ki, o, beşinci turda Entoni Atanasovla (Kanada) heç-heçə oynayıb. 3,5 xalı olan Allahverdiyeva 26-cı pillədə qərarlaşıb.

İlk yüzlükdən kənarda qalan Səbinə İbrahimova ondan bir xal az toplayıb.

İdman.biz