Karuana İddiaçılar turniri yolunda

Xəbərlər
17 Dekabr 2024 18:49
166
Karuana İddiaçılar turniri yolunda

"FIDE Circuit" reytinqinə amerikalı qrossmeyster Fabiano Karuana başçılıq edir.

İdman.biz xəbər verir ki, orada şahmatçıların mövsümboyu göstərdiyi nəticələrə görə xal verilir.

Bu il və gələn il göstərdikləri nəticələrə əsasən, ən yaxşılar iddiaçılar turnirində oynamaq imkanı əldə edəcəklər.

Cari reytinqdə Karuana 130,42 xal toplayıb. Hindistanlı Arcun Eriqaisi 124,40 xalla ikinci yeri tutur. İlk üçlüyü 108,49 xalla özbək Nodirbek Abdusattorov tamamlayır.

Qeyd edək ki, ötən dövrdə yalnız bir şahmatçı "FIDE Circuit" yolu ilə iddiaçılar turnirinə vəsiqə qazanmışdı.

İdman.biz