Şahmat kiberidman üzrə Dünya kubokunda

Xəbərlər
19 Dekabr 2024 11:58
53
Şahmat kiberidman üzrə Dünya kubokunda

Şahmat Səudiyyə Ərəbistanında keçiriləcək kiberidman üzrə Dünya kubokunun proqramına daxil edilib.

İdman.biz xəbər verir ki, turnir iyulun 31-dən avqustun 3-ə kimi Ər-Riyadda rapid formatında baş tutacaq.

Yarışda 16 oyunçu iştirak edəcək. Onlardan 12-si “Champions Chess Tour”un iki onlayn mərhələsinin nəticələrinə əsasən müəyyənləşəcək. Digər dörd iştirakçı isə təsnifat turnirindən seçiləcək.

Həmçinin 16-cı dünya çempionu Maqnus Karlsenin şahmat yarışının səfiri olacağı bildirilir.

Qeyd edək ki, turnirin mükafat fondu 1,5 milyon dollardır.

İdman.biz

Məqalədə: