Karlsen Champions Chess Tourda çempion olub

Xəbərlər
22 Dekabr 2024 00:16
121
Karlsen Champions Chess Tourda çempion olub

Champions Chess Tour beynəlxalq şahmat turnirinin qalibi bəlli olub.

İdman.biz xəbər verir ki, finalda Maqnus Karlsen Yan Nepomnyaşini məğlub edib.

Norveçli qrosmeyster rusiyalı rəqibinə 4:1 hesabı ilə qalib gəlib. Alireza Firuzca və Maksim Vaşe-Laqrav isə yarışı 3-cü pillədə başa vurublar.

Qeyd edək ki, turnirin mükafat fondu 500 min ABŞ dolları olub.

İdman.biz