Azərbaycan şahmatçısı Eltac Səfərli 2024-cü ili İsveçrədə keçiriləcək turnirlə başa vuracaq.
İdman.biz xəbər verir ki, sabah Sürixdə, beş qrossmeyster də daxil olmaqla, 45 iştirakçının qeydiyyatdan keçdiyi 48-ci “Weihnachtsopen Meister” yarışı start götürəcək.
İlk start nömrəsi Səfərlidə olacaq.
Turnir İsveçrə sistemi üzrə doqquz turdan ibarət olacaq.
İdman.biz