Nyu-Yorkda rapid və blits üzrə dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, ikinci oyun günündə rapiddə 4 tur oynanılıb.
Yarışda Azərbaycan şahmatçıları arasında ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur. 6,5 xal toplayan qrossmeyster 8-ci yerdədir. Onu liderlər qrupundan cəmi yarım xal ayırır. Məhəmməd Muradlı isə 6 xalla 23-cüdür.
9 turdan sonra Volodar Murzin (FIDE) turnir cədvəlinə başçılıq edir. Sonrakı yerlərdə hərəyə 7 xalla Yan-Kşiştof Duda (Polşa) və Arcun Eriqaisi (Hindistan) qərarlaşıblar.
Qadınların yarışında şahmatçılarımız "20-lik"dən kənardadırlar. Günay Məmmədzadə (27-ci), Gülnar Məmmədova (37-ci) və Xanım Balacayeva (41-ci) hərəyə 4,5 xal toplayıblar. Müvafiq olaraq, 57-ci və 61-ci yerlərdə qərarlaşan Türkan, Zeynəb Məmmədyarovalar onlardan yarım xal geri qalırlar. Ülviyyə Fətəliyeva isə 3,5 xalla 68-cidir.
8 turdan sonra çinli Cu Vencun (Çin) liderdir, ondan sonrakı mövqelərdə hərəyə 6,5 xalla hindistanlılar Harika Dronavalli və Hampi Konerudur.
İdman.biz