Oyuna köklənən Məmmədyarov, fikirli Məmmədzadə və Fətəliyeva - FOTO

Xəbərlər
28 Dekabr 2024 11:25
129
Oyuna köklənən Məmmədyarov, fikirli Məmmədzadə və Fətəliyeva -  FOTO

Nyu-Yorkda (ABŞ) rapid və blits üzrə dünya çempionatı davam edir.

İdman.biz yarışın ikinci günündən hazırlanmış fotoreportajı təqdim edir.

Fotokameralar Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov, Vasif Durarbəyli, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarovanın iştirak etdiyi oyunları çəkib.

İkinci gün rapiddə 4 tur oynanılıb. Yarışda Azərbaycan şahmatçıları arasında ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur. O, 6,5 xalla 8-ci yerdədir.

Qadınların yarışında şahmatçılarımız "20-lik"dən kənardadırlar. Günay Məmmədzadə (27-ci), Gülnar Məmmədova (37-ci) və Xanım Balacayeva (41-ci) hərəyə 4,5 xal toplayıblar.

İdman.biz