Dünya çempionatında Eltac Səfərli erməniyə qarşı

Xəbərlər
28 Dekabr 2024 13:47
52
Dünya çempionatında Eltac Səfərli erməniyə qarşı

Nyu-Yorkda (ABŞ) rapid üzrə dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, bu gün son turlar keçiriləcək.

Kişilərin yarışında 4, qadınlarda isə 3 tur olacaq.

Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov Andrey Yesipenko (FIDE) ilə, Məhəmməd Muradlı Daniil Dubovla (FİDE) qarşılaşacaq. Aydın Süleymanlı isə dünya şahmatının korifeylərindən Vasili İvançukla (Ukrayna) görüşəcək.

Qadınların yarışında diqqətlər Gülnar Məmmədova - İrina Bulmaqa (Rumıniya) və Xanım Balacayeva ilə Sarasadat Xademalşariehin (İspaniya) görüşünə yönələcək.

Kişilərin yarışı
10-cu tur

Andrey Yesipenko (FIDE) – Şəhriyar Məmmədyarov
Daniil Dubov (FIDE) – Məhəmməd Muradlı
Vasili İvançuk (Ukrayna) – Aydın Süleymanlı
Rasmus Sveyn (Almaniya) – Vasif Durarbəyli
Eltac Səfərli – Rudik Makaryan (FIDE)
Vüqar Manafov – Aleksandr Şimanov (FIDE)
Riad Səmədov – Maykl Bezold (Almaniya)
Vüqar Rəsulov – Gia Banh (Vyetnam)

Turnir cədvəli: 1. Volodar Murzin (FIDE), 2. Yan-Kşiştof Duda (Polşa), 3. Arcun Eriqaisi (Hindistan), 4. Aleksandr Qrişuk (FIDE) - hamısı 7 xal, 8. Məmmədyarov - 6,5 və 23. Muradlı - 6.

Qadınların yarışı
9-cu tur

İrina Bulmaqa (Rumıniya) – Gülnar Məmmədova
Xanım Balacayeva - Sarasadat Xademalşarieh (İspaniya)
Yuksin Sonq (Çin) – Gövhər Beydullayeva
Ayris Mou (ABŞ) – Günay Məmmədzadə
Cennifer Yu (ABŞ) – Zeynəb Məmmədyarova
Paulin Quşar (Fransa) – Türkan Məmmədyarova
Ülviyyə Fətəliyeva – Mai Narva (Estoniya)

Turnir cədvəli: 1. Cu Vencun (Çin), 2. Harika Dronavalli (Hindistan), 3. Hampi Koneru (Hindistan) – hərəyə 6,5 xal, 27. Məmmədzadə, 37. Məmmədova, 41. Balacayeva və 48. Beydullayeva – hərəyə 4,5 xal.

İdman.biz