Nyu-Yorkda (ABŞ) rapid üzrə dünya çempionatı başa çatıb.
İdman.biz yarışın 3-cü günündən hazırlanmış fotoreportajı təqdim edir.
Fotoqraflar növbəti görüşlərini keçirən Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Aydın Süleymanlını da çəkiblər.
Son gündə yarışda 4 tur olub. Məhəmməd Muradlı və Şəhriyar Məmmədyarov, müvafiq olaraq 12 və 14-cü yerləri tutublar. Təmsilçilərimiz 13 mümkün xaldan 8,5 xal toplayıblar. Digər qrossmeysterimiz Vasif Durarbəyli isə onlardan yarım xal geridə qalaraq 23-cü olub.
Qadınların yarışında şahmatçılarımız arasında ən yaxşı nəticəyə Günay Məmmədzadə imza atıb. O, 6,5 xal toplayaraq 23-cü yerdə qərarlaşıb.
İdman.biz