İlin sonunda 2026-cı il İddiaçılar turnirinin ilk iştirakçısı müəyyənləşib.
İdman.biz xəbər verir ki, bu, "FIDE Circuit" reytinqində vaxtından əvvəl birinci yeri tutan amerikalı qrossmeyster Fabiano Karuana olub.
Bu cədvəldə şahmatçıların mövsüm ərzində göstərdikləri nəticələrə görə xallar verilir. Bu il və gələn il ən yaxşı çıxış edənlər İddiaçılar turnirində oynamaq imkanı əldə edəcəklər.
Karuana Nyu-Yorkda keçirilən blits üzrə dünya çempionatına qədər birinci yeri təmin edib. Belə ki, istənilən halda ən yaxın izləyiciləri ona çatmayacaqlar.
Qeyd edək ki, ötən dövrdə yalnız bir şahmatçı "FIDE Circuit" reytinqindən İddiaçılar turnirinə vəsiqə qazanıb.
İdman.biz