FIDE qurumun prezidenti Arkadi Dvorkoviçin bəyanatını dərc edib.
İdman.biz xəbər verir ki, bu, şahmatçıların yarışlardakı geyim tərzi ilə bağlıdır.
Dvorkoviç qeyd edir ki, “dres-kod"dan cüzi kənara çıxmalara icazə verilir. Məsələn, pencəklə uyğunlaşan cins şalvar geyinmək mümkündür.
Bundan əlavə, FIDE prezidenti geyim tərzinə daha çox çeviklik imkanı verən yeni yanaşma təqdim edir. Hakimlərin hər hansı bir şübhəsi olarsa, xüsusi köməkçilər cəlb ediləcək.
Qeyd edək ki, Nyu-Yorkda keçirilən rapid üzrə dünya çempionatı zamanı Maqnus Karlsen geyim qaydalarına əhəmiyyət vermədiyinə görə əvvəlcə cərimələnib, sonra isə diskvalifikasiya olunub. Onun cins şalvarda görünməsi hakimlər tərəfindən qayda pozuntusu kimi qəbul edilib.
İdman.biz