Nyu-Yorkda blits üzrə dünya çempionatı başa çatıb.
İdman.biz xəbər verir ki, 16-cı dünya çempionu norveçli Maqnus Karlsen və rusiyalı qrossmeyster Yan Nepomnyaşi dünya çempionu olublar.
Finalda Karlsen əvvəlcə iki qələbə qazansa da, növbəti iki oyunda Nepomnyaşi qalib gəlib. Sonra qrossmeysterlər ardıcıl üç heç-heçə ediblər. Nəticədə onlar özləri titulu bölüşdürmək qərarına gəliblər. Bunu norveçlinin təklif etdiyi bildirilir.
Tarixdə bundan əvvəl iki nəfər birlikdə şahmat üzrə çempion tituluna sahib olmayıb.
Qeyd edək ki, Nepomnyaşi 2024-cü ildə rapid üzrə dünya çempionatında bürünc medal qazanıb. Karlsen geyim qaydalarını pozduğuna görə həmin turnirdən diskvalifikasiya edilib.
İdman.biz