FİDE şahmatçıların 2025-ci il üçün ilk dünya reytinqini dərc edib.
İdman.biz xəbər verir ki, yanvar reytinqində Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir.
Beş pillə geriləyən qrossmeysterimiz 2732 xalla 21-cı pillədə qərarlaşıb. Teymur Rəcəbov (2698) bir pillə irəliləyərək 32-ci sıraya yüksəlib.Dörd pillə geriləyən Rauf Məmmədov (2656) 73-cüdür.
Cədvələ 2831 xalla norveçli Maqnus Karlsen başçılıq edir.
Qadınların cədvəlində təmsilçilərimizdən ən yaxşı göstəriciyə Günay Məmmədzadə imza atıb. İki pillə geriləyən şahmatçı 2412 xalla 38-ci yerdədir. Bir pillə irəliləyən Gövhər Beydullayeva (2404) 42-ci yerə yüksəlib. Ülviyyə Fətəliyeva (2381) üç addımlıq sıçrayışla 64-cü pillədədir. Xanım Balacayeva (2355) 5 pillə geriləyərək 88-ci olub.
Qadınların reytinq cədvəlinə çinli Yufan Hu başçılıq edir – 2633 xal.
İdman.biz