11 aydan sonra “Top-20”dən kənarda

Xəbərlər
2 Yanvar 2025 15:57
69
11 aydan sonra “Top-20”dən kənarda

FİDE-nin 2025-ci il üçün açıqladığı ilk reytinq siyahısında Azərbaycanın heç bir şahmatçısı “Top-20”də yer almayıb.

İdman.biz xəbər verir ki, bu, son 11 ayda ilk belə hadisədir.

Təmsilçilərimizin 20 ən yaxşı arasına olmaması sonuncu dəfə 2024-cü ilin fevralında yaşanıb. Həmin vaxt Teymur Rəcəbov 25-ci, Şəhriyar Məmədyarov 26-cı olub.

Sonuncu sonrakı 10 siyahıda daim “20-lik”də qərarlaşıb. Yanvar reytinqində isə Şəhriyar yalnız 21-ci yerlə kifayətlənib. Teymur isə 11 pillə geridədir.

Qeyd edək ki, hazırda Məmmədyarovun 2732, Rəcəbovun 2698 xalı var.

İdman.biz

Məqalədə: