Maqnus Karlsenin son günlər əsəbi və gərgin olmasının səbəbi müəyyənləşib.
İdman.biz xəbər verir ki, Norveç mətbuatı əfsanəvi şahmatçının toyunun olacağı barədə məlumat yayıb
“VG Sport” nəşri şahmat üzrə keçmiş dünya çempionu Karlsen və sevgilisi Ella Viktoriya Melounun gələn həftəsonu evlənəcəklərini yazıb.
Cütlük toyunu rahatlıqla etmək üçün mərasimin vaxtı və yerini açıqlamamaq qərarına gəlib.
Onların münasibətləri 2024-cü ilin aprelində ictimaiyyətə məlum olub. Ella Maqnusdan səkkiz yaş kiçikdir, atası amerikalı, anası isə norveçlidir. O, uzun müddət iki ölkədə yaşayıb, lakin Oslonu doğma şəhəri hesab edir.
Qeyd edək ki, bir neçə gün əvvəl Karlsen blits üzrə dünya çempionatında qələbəni rusiyalı Yan Nepomnyaşi ilə bölüşüb. O, rapid üzrə dünya çempionatında isə geyim qaydalarını pozduğuna görə diskvalifikasiya olunmuşdu.
İdman.biz