Planetin bir nömrəli şahmatçısı Maqnus Karlsen subaylığın daşını atıb.
İdman.biz xəbər verir ki, norveçli dünya çempionu Elle Viktoriya Meloun ilə ailə həyatı qurub.
Cütlüyün Osloda toy mərasimi keçirilib. Karlsen və Meloun ötən ilin fevralından münasibətdə olduqlarını açıqlayıblar. Norveçin NRK nəşri toydan fotolar paylaşıb.
Qeyd edək ki, Elle sosial şəbələrdən uzaq qaçır və nadir halda müsahibə verir.
İdman.biz