Şahmat üzrə qadınlardan ibarət Azərbaycan yığmasının sabiq məşqçiləri Yevgeni Tomaşevski və Mixail Şereşevski Rusiyada məşqçilik fəaliyyətlərini davam etdirirlər.
İdman.biz xəbər verir ki, Rusiya Şahmat Federasiyasının prezidenti Andrey Filatov mütəxəssislərin əməyini dəyərləndirib.
“2024-cü ildə şahmatçılarımız dünya və Asiya çempionatlarında 102 medal qazanıblar ki, bu da rekord göstəricidir. Hazırda qrossmeyster Yevgeni Tomaşevski şahmat istedadlarımızın inkişafına cavabdehdir və ona ən təcrübəli məşqçi Mixail Şereşevski kömək edəcək”, - deyə Filatov bildirib.
Qeyd edək ki, hər iki məşqçi Azərbaycanda fəaliyyətini ötən ilin noyabrında dayandırıb.
İdman.biz