Aydın Süleymanlı: “Daha yaxşı oynamağa çalışsam da alınmadı”

Xəbərlər
6 Yanvar 2025 14:38
60
Aydın Süleymanlı: “Daha yaxşı oynamağa çalışsam da alınmadı”

“Bu turnirdə iştirak edən şahmatçıların hamısı güclü idi”.

Bunu İdman.biz-ə azərbaycanlı qrossmeyster Aydın Süleymanlı deyib.

O, ABŞ-nin Nyu York şəhərində keçirilən rapid və blits üzrə dünya çempionatındakı çıxışını dəyərləndirib: “Əslində, bu çempionatda özümdən gözləntilərim daha çox idi. Blitsdə çıxışımın rapidə nəzərən qənaətbəxş olduğunu düşünürəm. Çünki rapiddə elə ilk turlardan pis təsir bağışladım, sonradan daha yaxşı oynamağa çalışsam da alınmadı. Blitsdə də başlanğıcım qənaətbəxş deyildi, ancaq özümü toplayıb, vəziyyəti dəyişə bildim. Blitsdə azərbaycanlılar arasında birinci olsam belə, yenə də daha yaxşı çıxış edə biləcəyimi düşünürdüm. Növbəti turnirim Niderlandda keçiriləcək "Tata Stell Chess Tournament" olacaq. Ümid edirəm ki, orada daha yaxşı çıxış edə biləcəm”.

Qeyd edək ki, Veyk-an-Zeedə keçiriləcək "Tata Stell Chess Tournament" yanvarın 17-dən fevralın 2-dək keçiriləcək.

Aytac Sahəd
İdman.biz