FIDE yeniyetmələr arasında sayca ikinci Dünya kubokunun keçiriləcəyini açıqlayıb.
İdman.biz xəbər verir ki, yarış iyunun 22-dən iyulun 3-dək Gürcüstanın Batumi şəhərində olacaq və üç yaş qrupu üzrə - 8, 10 və 12 yaşadək yeniyetmə şahmatçılar arasında təşkil ediləcək.
Oğlanlar və qızlar arasında hər yaş qrupunda 48 iştirakçı mübarizə aparacaq. Yarış iki mərhələdən ibarət olacaq. Birinci mərhələ İsveçrə sistemi üzrə oynanılacaq, ardınca pley-off baş tutacaq.
Milli federasiyalar fevralın 1-dək Dünya kubokunda iştiraklarını təsdiqləməlidirlər, şahmatçıların qeydiyyatı isə aprelin 22-dək olacaq.
Dünya kubokunda Azərbaycan şahmatçılarının da çıxış edəcəyi gözlənilir.
İdman.biz