Süleymanlı Veyk-an-Zee turnirinə heç-heçə ilə başlayıb

Xəbərlər
19 Yanvar 2025 13:45
50
Süleymanlı Veyk-an-Zee turnirinə heç-heçə ilə başlayıb

Niderlandın Veyk-an-Zee şəhərində "Tata Steel Chess" beynəlxalq şahmat turniri keçirilir.

İdman.biz xəbər verir ki, azərbaycanlı qrossmeyster Aydın Süleymanlı "Challengers" yarışının ilk turunda yerli şahmatçı Bencamin Bokla heç-heçə edib.

Təmsilçimiz ikinci turda niderlandlı Artur Payperslə qarşılaşacaq.

Dairəvi sistemli turnirdə həmçinin Vaişali Rameşbabu, Divya Deşmux (hər ikisi Hindistan), Nodirbek Yakubboev (Özbəkistan), Ervin L'Ami (Niderland), Dominik Svayn (Almaniya), Tay Nquyen (Vyetnam), Ediz Gürel (Türkiyə), Kazıbek Nogerbek (Qazaxıstan), Faustino Oro (Argentina), Liu Miayu (Çin) və İrina Bulmaqa (Rumıniya) çıxış edir.

Əsas “Tata Steel Chess” turnirində isə iştirakçıların siyahısına amerikalı Fabiano Karuana başçılıq edir. Dünya çempionu Dommaracu Qukeş (Hindistan) də Veyk-an-Zeedə qələbə uğrunda mübarizə aparır.

İdman.biz